İlahiyyat İnstitutunda “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub
İlahiyyat İnstitutunda “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub
16 Dekabr 2019 12:57 SosialAzərbaycan İlahiyyat İnstitutunun tələbələri (Aİİ) "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" sənədli filmini izləyiblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, sənədli film ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanıb.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşmasından, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.
Sənədli filmdə ölkəmizdə 1969-cu ilin 14 iyulunadək olan dövrdə ictimai-siyasi vəziyyət, milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində edilən hücumlar təsvir olunur və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklərdən danışılır.