Universitetdə “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib
Universitetdə “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib
16 Dekabr 2019 11:33 SosialAzərbaycan Dillər Universitetində DİN-in və Təhsil Nazirliyinin "İnsan alverinə qarşı maarifləndirmə işi" mövzusunda birgə seminar-mühazirə keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Nəsimi RPİ-nin əməkdaşları, QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi, KİV-lər iştirak edib. Tədbiri giriş sözü ilə ADU-nun Rektorun məsləhətçisi Anar Osmanlı açıb, sonra söz "Polisə Dəstək" İB-nin sədri Şəmsəddin Əliyevə və Nəsimi RPİ- nin inspektoru polis kapitani Yegane Zeynalovaya verilib.
Respublika DİN-nin statistik məlumatlarına görə 2018-ci il ərzində 144(+2) insan alveri cinayətləri müəyyən edilib, 28(+11) nəfərdən ibarət 13(+5) cinayətkar qrup zərərsizləşdirilərək insan alverinin qurbanı olmuş 98(+27) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Seminar-mühazirə zamanı insan alverinə qarşı mübarizənin təşkilində mühüm faktor kimi qəbul edilən qurbanların cəmiyyətdə ayrıseçkiliyə məruz qalmasının qarşısını almaq, onların təhlükəsizliyini təmin etmək, bu cinayətlərə görə cəzanın labüdlüyünə nail olmaq, habelə maarifləndirmə xarakterli profilaktik tədbirlərin həyata keçirilməsinin zərurətindən məlumat verilib.
Layihənin həyata keçirməsində Respublika Daxili İşlər, Təhsil, Gənclər və İdman Nazirliklərinin müvafiq orqanları, həmçinin yerli İH orqanları yaxından iştirak edirlər. Tədbirin strateji mövqeyi əhali arasında insan alveri cinayətlərinin anlayışını, insanın canlı əşya kimi, köləliyə bənzər üsulla alınıb - satılmasını vətəndaşlara çatdırmaq və onları belə hərəkətlərdən çəkindirmək, bu barədə KİV - lərdə məlumat vermək, əhalini maarifləndirmək, bu cinayətlərə xas hüquqpozmaların qarşısını almaqla bağlıdır.Təlimlərin geniş tələbə auditoriyalarında davam etdirilməsi insan alverinin risk qruplarına aid olanlara yardım etməkdən və vətəndaşları geniş mənada maarifləndirilməsindən irəli gəlir