Nazir vətəndaşlarla görüşüb

Nazir vətəndaşlarla görüşüb

Bu gün gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarnı qəbul edib. "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, qəbulda 11 dən çox vətəndaş iştirak edib.

Müraciətlər sırasına "Gənclər evi"nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin oluna, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi daxil idi.

Müraciətlərin bir qismi yerindəcə həll edildi, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirildi. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31