Metropoliendə cari ilin 11 ayı ərzində cəmi 1 istehsalat qəzası baş verib
Metropoliendə cari ilin 11 ayı ərzində cəmi 1 istehsalat qəzası baş verib
13 Dekabr 2019 13:40 SosialMetropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) IV Məclisi keçirilib. İclasda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov iştirak edib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, iclası açıq elan edən təşkilatın sədri Arif Mərdanov müzakirə üçün yığıncağın gündəliyinə iki əsas məsələ təklif olunduğunu deyib. Birinci məsələ ilə bağlı, 2019-cu il ərzində işçilərin sosial-iqtisadi, sağlamlıq problemlərinin həllində MİHİ-nin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında əsas məruzəçi kimi MİHİ sədrinin müavini Əlisəfa Bağırov çıxış edib.
O qeyd edib ki, Azərbaycan həmkarlar hərəkatında metropolitençilərin özünəməxsus yeri formalaşıb. İşçilərin maddi rifahı, sosial-iqtisadi problemlərin həllində güzəşt, mükafat və imtiyazlar, təhlükəsiz əmək şəraiti, işçilərin və onların ailə üzvlərinin istirahəti, asudə vaxtının təşkili xüsusi nəzərə alınıb. Cari il noyabr ayının 18-də bütün işçilərin aylıq vəzifə maaşı 10% artırılıb.
Qeyd olunub ki, görülən işlərin və edilən nəzarətin nəticəsidir ki, 2019-cu ilin 11 ayı ərzində cəmi 1 istehsalat xəsarəti qeydə alınıb. Qarşıya qoyulan məqsəd isə istehsalat xəsarətlərinin sayının sıfıra endirilməsidir. Müəssisədə ən böyük sosial xarakterli layihə 7 daimi yeməkxananın fəaliyyət göstərməsidir. Bunlarla yanaşı, digər iş yerlərini bu imkanlara yaxınlaşdırmaq diqqətdədir. O da bildirib ki, cari il Bilgəhdəki sağlamlıq mərkəzində 2 mindən artıq metropolitençi və ailə üzvləri dincəlməsi, profilaktik müalicə alması qeyd oluna bilər. Burada müalicə avadanlıqları və şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həmçinin müəssisənin əmək və müharibə veteranlarına, əlillərə, maddi vəziyyəti ağır olan keçmiş metropolitençilərə xüsusi güzəştlərlə burada dincəlməyə şərait yaradılıb. Onlar da daxil olmaqla 114 nəfərə Respublika sanatoriyalarına yollayışlar verilib. Torpaqlarımızın müdafiəsi və Azərbaycanın müstəqilliyinin əldə olunmasında xüsusi rol oynamış metropolitençilər və onların ailələrinin qayğıları diqqətdən kənar saxlanmayıb. "Bakı Metropoliteni" QSC-nin və MİHİ-nin təşkilatçılığı ilə 119 nəfər metropolitençi İstanbul şəhərinə turist səfərində olublar. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı da istisna olmayacaq.