Aqrokimyəvi maddələrin satışı ilə məşğul olan ticarət obyektlərində monitorinq keçirilib

Aqrokimyəvi maddələrin satışı ilə məşğul olan ticarət obyektlərində monitorinq keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

"OLAYLAR"-a AQTA-dan bildirilib ki, Agentliyin əməkdaşları Şəkidə pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan ticarət obyektlərində növbəti monitorinqlər keçiriblər. Monitorinqlər zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin saxlanılması,satışı və tətbiqi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmayıb.

Monitorinqlər dövlət sınağından keçməmiş, istifadə müddəti bitmiş və istifadəsi qadağan olunmuş preparatların satışının və tətbiqinin yolverilməzliyi və bu kimi halların məsuliyyətini sahibkarlara izah edilməsi və bu cür neqativ halların qarşısının almaq məqsədilə təşkil olunub.

Eyni zamanda yüksək toksiki-ekoloji preparatların tətbiqi ilə bağlı, sahibkarların tətbiqi reqlamentinə, sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməsinə dair görüşlər təşkil edilmiş və maarifləndirmə tədbirləri həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31