Rafael Hüseynov Nəsiminin barelyefini Ədəbiyyatı Muzeyinə hədiyyə etdi

Rafael Hüseynov Nəsiminin barelyefini Ədəbiyyatı Muzeyinə hədiyyə etdi

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərqin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilmiş ekspozisiya daha bir qiymətli eksponat hesabına zənginləşib.

Olaylar.az bildirir ki, Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulmuş barelyef bu ekspozisiyaya daxil edilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, sözügedən sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb.

Q.Məhərrəmli isə öz növbəsində 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət etdiyini və şairin dəfn edildiyi ərazidə onun kimliyi haqqında heç bir məlumat lövhəsinə rast gəlmədiyini xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31