Dövlət Komitəsinin rəhbərliyi vətəndaşlarla görüşəcək

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaş və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, qəbul dekabrın 17-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində şəhər sakinləri ilə görüşəcək.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Bərdə Bələdiyyəsinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31