Energetika Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək
Energetika Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək
13 Dekabr 2019 11:47 SosialMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, dekabrın 20-də Energetika naziri Pərviz Şahbazov Kürdəmir şəhərindəKürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, qəbul Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialının inzibati binasındakeçiriləcək.
Həmin gün energetika nazirinin müavini Samir Vəliyev Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarınınsakinləri ilə görüşəcək. Qəbul Göyçay Gənclər Mərkəzində olacaq. Nazir müavini Elnur Soltanov isə Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Qəbul Zərdab rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.