Rafael Dadaşovun səhhəti ilə bağlı son durum
Rafael Dadaşovun səhhəti ilə bağlı son durum
12 Dekabr 2019 17:36 SosialMərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Rafael Dadaşovun vəziyyəti normallaşıb.
Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir:
"Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".
Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rafael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31