BƏƏ bəşər qardaşlığı mesajını yayır

BƏƏ bəşər qardaşlığı mesajını yayır

2019-cu il BƏƏ-də Tolerantlıq İli elan edilib. Olaylar.az bildirir ki, bu ölkə müxtəlif millətlərdən, dini etiqadlardan olan insanların evidir.

Bu münasibətlə Bakıdakı BƏƏ səfirliyinin Müvəqqəti İşlər vəkili cənab Abdalla AlShamsi Bakıda fəaliyyət göstərən bəzi dini icmalarla görüşmüş, məbədlərini ziyarət etmişdir.

Cənab Abdalla AlShamsi Qafqaz Müsəlmanları İdarəsinin 1-ci müavini Salman Musayev, Roma katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayevi qəbul edib.

Cənab Abdalla AlShamsi bu ilin fevral ayında BƏƏ-yə tarixi səfər çərçivəsində Roma Papası Fransisk və Əl-Əzhər məscidinin imamı Əhməd Ət-Tayyib tərəfindən imzalanmış Dünyanın Sülh və Birgə yaşayışı üçün Bəşər Qardaşlığına dair Sənədin mesajını çatdırmışdır.

Görüşlər ərzində o, həmçinin qeyd edib ki, BƏƏ dini harmoniya üçün baxışını ortaya qoymuş və ölkənin paytaxtında məscid, kilsə və sinaqoqa ev sahibliyi edəcək dinlərarası komleksin inşası planını açıqlamışdır: "Əbu Dabidə Luvr muzeyinə yaxın ərazidə İbrahimi Ailə Evinin 2022-ci ildə açılışı planlaşdırılır. Bu Ev BƏƏ-də müxtəlif etnik qruplar, milliyyətlər və dini etiqad nümayəndələrinin yaşadığı birgəyaşayış və bəşər qardaşlığının rəmzi olacaq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31