Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu
Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu
12 Dekabr 2019 15:05 SosialDaxili İşlər Nazirliyi Metronun "Neftçilər" stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun "Neftçilər" stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb. Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb. Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31