Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nazirliyin inzibati binasındakı Ulu Öndərin büstü önünə əklil qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Olaylar.az xəbər verir ki, dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil Azərbaycan Respublikasının yaranmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31