Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu
Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu
12 Dekabr 2019 12:59 SosialBakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31