Aeroport yolunda dəhşətli qəza - ANBAAN VİDEO
Aeroport yolunda dəhşətli qəza - ANBAAN VİDEO
12 Dekabr 2019 11:46 SosialBakıda baş verən qəza anı kameraya düşüb.
Hadisə Aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib. "Chevrolet" markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və sol zolağa doğru istiqamətlənib. Nəticədə öz zolağı ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin önünə çıxıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Sürücülər isə yüngül bədən xəsarətləri alıblar. Görüntüləri təqdim edirik. (Avtosfer.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31