Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib
Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib
12 Dekabr 2019 11:34 SosialBeynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirib. Tədbirdə Şuranın maliyyə yardımı ilə "Obyektiv" Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı "Ölüm hökmü-ömürlük cəza" sənədli filmi ictimaiyyətə təqdim edilib.
Olaylar.az bildirir ki, tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, Ulu öndər Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin Beynəlxalq insan hüquqları günündə təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.
"Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyeva insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin ən ali məqsədlərindən olduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisinin deputatı Azay Quliyev çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətdən bəhs edib.