Evi qarət edən şəxs ələ keçib
Evi qarət edən şəxs ələ keçib
11 Dekabr 2019 18:14 SosialSabunçu rayonu ərazisindəki evlərin birindən oğurluq edən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da evlərin birindən 300 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31