Evdən 20 min manat oğurlayan şəxs tutulub
Evdən 20 min manat oğurlayan şəxs tutulub
11 Dekabr 2019 18:12 SosialQaradağ rayonu ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Ə.Heydərov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Heydərov saxlanılmış, əvvəllər məhkum olunmuş daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31