Kaliforniyada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

Kaliforniyada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.

Olaylar.az bildirir ki, aksiyada, San Dieqoda yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 1000-ə yaxın insana isti yeməklər paylanılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan "Cou Ata Kimsəsizlər Sığınacağı"nda təşkil olunub.

Tədbirdən öncə "Cou Ata Kimsəsizlər Sığınacağı" xeyriyyə təşkilatının direktoru Paul DeLessio ilə görüş keçirilib. Görüşdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb.

"Cou Ata Kimsəsizlər Sığınacağı" xeyriyyə təşkilatı Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Baş Konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına evsahibliyi etmələrindən məmnunluq duyduqlarını, bu aksiyanın San Dieqoda yaşayan böyük sayda kimsəsiz və evsiz-eşiksiz insanların isti yeməklərlə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edilib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.

San Dieqoda hazırda 8 mindən çox evsiz-eşiksiz insan yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31