Bakıda dəhşətli hadisədə ölən tələbələrin ADLARI AÇIQLANDI

Ötən gecə Binəqədi rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən tələbələrin adları məlum olub.

Binəqədi şosesində Şabran rayon sakini Təbriz Ağayevin idarə etdiyi "KamAz" markalı yük maşınının üstündən keçərək öldürdüyü tələbələrin Biləcəri qəsəbə sakini, 2003-cü il təvəllüdlü Tural Cabbarov və Füzuli rayon sakini, 2003-cü il təvəllüdlü Dilarə Sultanova olması müəyyənləşib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. (oxu.az)

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31