Avtomobil qaçıran keşmiş məhkum saxlanıb

Avtomobil qaçıran keşmiş məhkum saxlanıb

Dekabrın 8-də saat 15 radələrində Masallı şəhəri N.Nərimanov küçəsindən Çaxırlı kənd sakini N.Gözəlova məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov avtomobillə birgə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31