“EuroHome”dakı yanğının ilkin səbəbi açıqlandı

“EuroHome”dakı yanğının ilkin səbəbi açıqlandı

EuroHome" tikinti materialları bazarında baş vermiş yanğının ilkin səbəbi açıqlanıb. 

Fövqəladə Hallar Nazirliyinin sözçüsü Gülçin Mehdiyeva  bildirib ki, ilkin ehtimala əsasən, yanğın bazardakı mağazalardan birində başlayıb: "Bazardakı kafel-metlax mağazalarından birində elektrik naqilləri alışıb. Daha sonra alışma digər mağazalara da keçib və yanğın böyüyüb".

Qeyd edilib ki, artıq yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31