“Şərur” MTK-nın DAHA BİR FIRILDAĞI ÜZƏ ÇIXDI - "Külli miqdarda vergidən yayınma halları var”

“Şərur” MTK-nın DAHA BİR FIRILDAĞI ÜZƏ ÇIXDI - "Külli miqdarda vergidən yayınma halları var”

"Şərur" MTK-nın sakinlərinn problemləri illərdir ki, bitib-tükənmr. 
Vətəndaşlar bilmirlər ki, problemlərinin həlli üçün kimə müraciət etsinlər. Bina sakinləri 10 ildir ki, evlərinə çıxarış ala bilmirlər.
"Şərur" MTK-da yaşayan sakinlərdən biri - Ramil Osmanlı başlarına gətirilən özbaşınalıq haqda Cebhe.info-ya danışıb:
""Şərur" MTK ilə qarşı-qarşıyayıq. Bu mənzilləri 10 ildən artıqdır ki, almışıq. Hazırda MTK üzərinə düşən öhdəlikləri yerinə yetirmir. 10-11 il bundan əvvəl qanuni sənədlə mənzil almış şəxslərə artıq sahələr göstərib onlardan külli miqdarda vəsait tələb edirlər. Guya həmin şəxslərin sahib olduqları mənzillərdə artıq sahələr var.
Biz cənab Prezidendə, Mehriban xanıma, müəyyən dövlət qrumlarına, Respublikası Baş Prokurorluğuna, İqtisadiyyat Nazirliyinə (Çünki 100 minlik evin dəyəri sonuncu protokoldan çıxarışlarda 10 min, 11 min göstərilib. Yəni külli miqdarda vergidən yayınma halları var) müraciətlər etmişik. Amma müraciətlərə cavab almamışıq".
Ramil Osmanlı deyir ki, MTK-nın sakinlərin ərazilərində artıq torpaq sahəsinin olması iddiasına da aydınlıq gətirmək üçün mənzillərini ölçdürüblər:
"Mənzillərin sahəsi, hətta eyvanlarla birlikdə müqavilədə göstərilən göstəricidən azdır. Baxmayaraq ki, tikinti şirkəti bizə eyvanları da satıb, buna da razı olmağımıza baxmayaraq, tikinti şirkəti üzərinə düşən bütün öhdəliklərdən boyun qaçırır.
MTK sakinlərə protokoldan çıxarış vermir ki, sakinlər həmin çıxarış, maliyyə arayışı və şəxsiyyət vəsiqəsi ilə birgə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq ərazi idarələrinə və "ASAN xidmət" mərkəzlərinə qeydiyyatla bağlı müraciət edib çıxarışlarını alsınlar.
Protokoldan çıxarış olmadığı üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizim sənədlərimizi qəbul etmir. Biz öz hüquqlarımızın təmin olunmasını istəyirik".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31