Bakıda GÜCLÜ YANĞIN: Qatar və təyyarə də cəlb olundu

Bakıda GÜCLÜ YANĞIN: Qatar və təyyarə də cəlb olundu

Yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

Bu barədə  Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H. Z. Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarının suyundan istifadə olunacaq.

Qeyd edək ki, yanğının söndürülməsinə FHN-in 3 helikopteri və təyyarəsi də cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31