Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı
Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı
10 Dekabr 2019 10:51 SosialBakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:
"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31