İcra Hakimiyyətinin başçısı şəhər Mərkəzi Xəstəxanası ilə tanış olub
İcra Hakimiyyətinin başçısı şəhər Mərkəzi Xəstəxanası ilə tanış olub
9 Dekabr 2019 14:28 SosialYevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhər Mərkəzi Xəstəxanası ilə tanış olub. "OLAYLAR" İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Anar Tağıyev Mərkəzi Xəstəxanada yaradılan şəraitlə yaxından tanış olub, şöbələr və palataları gəzərək həkim və tibb bacılarının iş şəraiti, xəstələrə yaradılan şəraitlə bağlı məlumat alıb.
Yevlax Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Nurəddin Əhmədov xəstəxanada tibbi xidmətin təşkilindən danışıb. Daha sonra Anar Tağıyev Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə səhiyyə sisteminin inkişafından söz açıb, yeni- yeni səhiyyə ocaqları və xəstəxanaların istifadəyə verilməsinin bu inkişafa əsas sübut olduğunu bildirib. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı tibb işçilərinə vətəndaşlarin qayğıları ilə yaxından məşğul olmağı tövsiyyə edib, onlara işlərində uğurlar arzulayıb.