VİP-in seçki qərarı yaxın günlərdə veriləcək

VİP-in seçki qərarı yaxın günlərdə veriləcək

Vətəndaş və İnkişaf  Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda VİP-in 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak məsələsi müzakirə olunub.

Toplantıda çıxış edən VİP sədri Əli Əliyev Milli Məclisin buraxılmasını və erkən seçkilərin təyin olunmasını şərtləndirən amilləri geniş təhlil edib. Müzakirələrdə iştirak edən VİP Siyasi Şurasının üzvləri partiyanın erkən seçkilərdə iştirakını, o cümlədən, boykot variantını zəruri edən məqamlara toxunublar.

İclasda VİP Nizamnaməsinin 40-cı maddəsi rəhbər tutularaq, partiyanın 9 fevral seçkilərinə münasibətini müyyən etmək məqsədilə dekabrın 15-nə Məclisin çağırılması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31