İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilib

İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Vikipediya" könüllüləri ilə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov "Vikipediya" könüllüləri ilə görüşdə bildirib ki, İnstitutda "Vikipediya" Metodik Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələrin yerləşdirilməsi baxımından əhəmiyyətlidir.

C. Məmmədov müasir dünyada informasiya texnologiyalarından istifadənin gündən-günə artdığını qeyd edib. Bildirib ki, bu gün sərbəst elektron resursu sayılan "Vikipediya" dövrümüzdə ən populyar axtarış sistemləri sırasındadır: "Bu vasitə ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün fəal olmalıyıq. Görüləcək işlər isə çoxdur. Təəssüf ki, bu gün mənfur düşmən Azərbaycan reallıqlarının saxtalaşdırılması üçün bu silahdan çox məharətlə istifadə edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği və bu cəhdlərin qarşısının alınması üçün hər birimiz gücümüzü səfərbər etməliyik. "Vikipediya" qeyd etdiyim fəaliyyət yönündə bizə yeni imkanlar yaradır". O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdə fəal olmağı tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31