Dünyanın ƏN TƏHLÜKƏLİ vulkanlarından biri püskürdü: yaralılar var

Yeni Zelandiyanın Bəyaz adasındakı Uakaari vulkanı püskürüb.Publika.az xəbər verir ki, ilkin məlumata görə, 20 nəfər xəsarət alıb. Onların turist ola biləcəyi ehtimal edilir.Yerli vaxtla 14:30-da vulkandan kül buludları qalxmağa başlayıb. Adaya xilasedici helikopterlər göndərilib. Yerli əhaliyə pəncərələrini açmamaları və evdən çıxmamaları barədə tövsiyələr verilib.Qeyd edək ki, Uakaari son dəfə 2001-ci ildə püskürmüşdü.Xatırladaq ki, Uakaari dünyanın ən təhlükəli 12 vulkanı siyahısında 5-ci yerdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31