Röyadan yeni duet: Bu dəfə italiyalı robotla oxudu - VİDEO
Röyadan yeni duet: Bu dəfə italiyalı robotla oxudu - VİDEO
8 Dekabr 2019 20:53 SosialTanınmış müğənni, xalq artisti Röya dünya şöhrətli robotla birgə mahnı oxumaq üçün "Bakutel-2019" sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Robopark" stendini ziyarət edib.
Röya Ayxan sözləri və müsiqisi Zülfi Bədəlova məxsus "Mənə sevgindən bəhs et" mahnısını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Robopark" zonasında İtaliyadan gətirilən, dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə ifa edib.
Qeyd edək ki, məhşur pianoçu TEOTRONİCO "Bakutel-2019" 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün İtaliyadan Bakıya gətirilib.
yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31