Yevda Abramovla vida mərasimi keçirildi

Yevda Abramovla vida mərasimi keçirilir

Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib.

Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31