“Azərbaycanın Mehriban siması” adlı kitabın təqdimatı keçirilib
“Azərbaycanın Mehriban siması” adlı kitabın təqdimatı keçirilib
7 Dekabr 2019 14:56 SosialDekabrın 7-də Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu "Azərbaycanın Mehriban siması" adlı kitabının təqdimatı keçirilib. Kitabın elmi redaktoru, akademik Nizani Cəfərov qeyd edib ki, Vaqif Abdullayevin oxuculara təqdim etdiyi növbəti kitabında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmi-mədəni, humanitar, ictimai-siyasi fəaliyyəti sosioloji və politoloji rakusdan təhlil olunur. Kitabda Mehtiban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyfiyyətlərinə geniş şəkuildə nəzər salınır, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfə siyasi formada təhlil edilir: "Vaqif müəllim bir sıra siyasi əsərlərin müəllifidir. Onun ilk böyük əsəsri "O, böyük siyasətə hazırdır" kitabı olub. Əslində o əsər proqnoz xarakterli idi: "Böyük şəxsiyyətlər barədə əsər yazmaq elə də asan məsələ deyil. Təhlilsiz, siyasi, ideoloji təcrübə olmadan belə əsərlər yazmaq olduqca çətindir. Lakin Vaqif müəllimin siyasi fəaliyyəti və yaradıcılıq təcrübəsi buna imkan verir".
Tədbirdə çıxış edənlər kitabın əhəmiyyəti, Mehriban Əliyevanın vitse-prezident seçilməsindən sonra ölkəmizin gələcəyə doğru inamla irəliləməsi, dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi sahəsində gördüyü işlərdən danışıblar.


.jpg)
.jpg)


.jpg)
