Daxili orqanında 142 ədəd metadon həbləri aşkar edildi
Daxili orqanında 142 ədəd metadon həbləri aşkar edildi
6 Dekabr 2019 14:47 SosialCənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib. Daha sonra Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb. Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.