“QİÇS əsrin bəlasıdır” adlı tədbir keçirilib
“QİÇS əsrin bəlasıdır” adlı tədbir keçirilib
6 Dekabr 2019 13:50 Sosial"Ümumdünya QİÇS-lə mübarizə günü" ilə əlaqədar olaraq Bakı şəhəri 9 nömrəli tam orta məktəbdə "QİÇS əsrin bəlasıdır" adlı gənclər arasında maarifləndirici tədbir keçirilib.
"OLAYLAR"-a daxil olan məlumata görə, Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə 80 nəfər olmaqla məktəbin 8, 9 və 10-cu sinif şagirdləri, həmçinin müəllim kollektivi iştirak edib.
Tədbirdə QİÇS-lə bağlı məlumat verilib, videoçarx nümayiş olunub, iştirakçılara məlumatlandırıcı buklet, təqvim, broşür paylanılıb.
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31