Xalq artistinin vəziyyəti ilə bağlı yeni xəbər

Xalq artistinin vəziyyəti ilə bağlı yeni xəbər

Rafael Dadaşov yaxşıdır, artıq palataya köçürüblər.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artistinin qızı Səidə Dadaşovanın köməkçisi məlumat verib. O bildirib ki, R.Dadaşovun vəziyyəti yaxşılığa doğru gedir:

"Rəfael müəllimi palataya köçürüblər. Vəziyyəti yaxşıdır. Ailə üzvlərini də artıq yanına buraxıblar".

Qeyd edək ki, xalq artisti Rafael Dadaşov dekabrın 3-ü axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Xalq artistinə ürəyin işemik xəstəliyi - infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31