Allahşükür Paşazadə: “Təəssüflənirəm ki, biz Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik”

Allahşükür Paşazadə: “Təəssüflənirəm ki, biz Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik”

"Mən iki dövrün - həm sovet, həm müstəqil Azərbaycan dövrünün şeyxülislamı olduğum üçün kommunist rejiminin apardığı siyasəti çox gözəl bilirəm. Çox heyfslənirəm, bəzi yazılarda, məqalələrdə də o təsiri hələ də görəm". Olaylar" xəbər verir ki, bunu Şeyxülislam Allahşükür Paşazadə "Nəsimi 650: Haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib. A.Paşazadə qeyd edib ki, bəzən Nəsiminin allahsız tərəfə döndərmək cəhdlərini müşahidə edirəm: "Nəsimi özünün seyid, haqq aşiqi olması ilə sevinərdi, fəxr edərdi. Vüsal müəllimin Nəsimi haqda kitabını oxudum, amma onun fikirləri ilə tam razı deyiləm. Bu elan olunmuş il Nəsimiyə sığmır. Ona görə gələcəkdə elm adamları, akademiklər, din xadimləri, təfsirçilər fəza, həndəsə elmlərinin düşüncəsini də birləşdirərək bəlkə də Nəsimidən bəzi şeyləri gələcək nəslə saxlaya bildi. Təəssüflənirəm ki, biz Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik. İstəyərdim ki, Nəsimiyə Azərbaycan pasportunu verə bilək. Nəsimi də bizim şəhidimiz idi, ona da Allahdan rəhmət diləyirəm. Bugünkü konfrans Nəsimini tanımaq üçün böyük töhfə olacaq. Gələcəkdə Nəsiminin araşdırılması üçün xüsusi qrupun yaradılması mənim arzumdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31