“İnsanın ənəl-həqq səviyyəsi yalnız Nəsimiyə məxsusdur”

“İnsanın ənəl-həqq səviyyəsi yalnız Nəsimiyə məxsusdur”

"Nəsimi ili" çərçivəsində onun çap edilməyən 200-dən artıq şeri işıq üzü görəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibəyli deyib. Onun sözlərinə görə, Nəsiminin əsərlərində insanın mənəviyyatı, dünyagörüşü və mənəvi kamilliyinə görə İlahi səviyyəsinə yüksəldilməsi vəsf olunurdu: "İnsanın ənəl-həqq səviyyəsi yalnız Nəsimiyə məxsusdur. Məhz bu səbəbdən o, qəhrəman şair səviyyəsinə yüksəlib. Nəsiminn ölümündə siyasi motiv dini motivdən daha üstün idi. Təsadüfi deyil ki, ölümündən on il sonra ona bəraət verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31