Ədəbiyyat İnstitutunda elmi seminar keçirilib

Ədəbiyyat İnstitutunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Klassik Şərq mənbələrində Azərbaycan təfəkkür tarixinin izləri" adlı elmi seminar keçirilib.

Olaylar.az bildirir ki,  tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsəgərli açaraq bildirib ki, bugünki elmi seminar institutumuzda mütəmadi olaraq təşkil olunan elmi müzakirələrin davamıdır. Bu cür seminarların əsasən ədəbiyyat nəzəriyyəsi ətrafında keçirildiyini bildirən müavin bugünki seminarın klassik ədəbiyyata həsr olunduğunu qeyd edib.

Sonra Türkiyə Respublikası Hacı Bayram Vəli Universitetinin professoru Ahmet Taşğın "Nurbəxş Kuhistaninin "Silsileyi-övliya" adlı əsərində azərbaycanlı sufilər", Türkiyə Respublikası Kastamonu Universitetinin professorları filologiya üzrə fəlsəfə doktoru Vüsalə Musalı "Nəsiminin Osmanlı ədəbiyyatına təsiri" və tarix üzrə fəlsəfə doktoru Namiq Musalı "Şeyx Zahid Gilaninin yeni üzə çıxarılmış türkcə mənaqibi haqqında" məruzələri ilə çıxış ediblər.

Seminarda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mahirə Quliyeva, Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru İmamverdi Həmidov, Əlyazmalar İnstitutunun əməkdaşı, əlyazmaşünas, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov və digər alimlərin mövzu ilə bağlı maraqlı çıxışları da olub.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

 İctimaiyyətlə əlaqələr şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31