“İsraildəki Azərbaycan diasporunda ciddi problem yoxdur” - Komitə sədri

“İsraildəki Azərbaycan diasporunda ciddi problem yoxdur” - Komitə sədri

"Bu yaxınlarda İsraildən qayıtmışıq. Bizim orada 3 təşkilatımız fəaliyyət göstərir. AZİZ təşkilatının sədri Lev Spivakdır. Akko Azərbaycan Evinə Şirin Nexamiya rəhbərlik edir. Üçüncü təşkilat "Şahdağ" cəmiyyətidir. Hər üçü ilə görüşlər keçirmişik. Bütün məsələlər müzakirə olundu. Biz orada heç bir ciddi problem görmürük".

Olaylar.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

F.Muradov Azərbaycanda fəaliyyət göstərən diaspor-icma təşkilatları ilə də işlədiklərini, onlarla görüşdüklərini vurğulayılb: "İstər rus, istər Ukrayna, istərsə də digər icmalarla biz bu işləri görürük. Onlara da lazımi dəstək verməyə hazırıq".

Qeyd edək ki, Prezident Administrasiyasında aparılan son struktur dəyişikliyindən sonra administrasiyanın millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ləğv edilib. Onun səlahiyyətlərinin bəziləri yenidən təşkil olunan Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinə birləşdirilib. Fərəh Əliyeva şöbənin müdiri təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31