Rusiyaya gələn turistlərin ölkə mənsubiyyətləri üzrə reytinqi açıqlanıb – Azərbaycan neçəncidir?

Rusiyaya gələn turistlərin ölkə mənsubiyyətləri üzrə reytinqi açıqlanıb – Azərbaycan neçəncidir?

Rusiyanın "TurStat" analitik agentliyi 2019-cu ilin ilk 9 ayının nəticələri əsasında Rusiyaya gələn turistlərin ölkə mənsubiyyətləri üzrə reytinqini tərtib edib.

Olaylar.az bildirir ki, Reytinqdə 1-ci yeri 5 milyon 944 min səyahətlə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% və ya 429 min səfər azdır) Ukrayna tutub. TOP-5-də həmçinin Qazaxıstan (2 milyondan çox səfər), Çin (1,594 milyon səfər) və Finlandiya (681 min səfər) qərarlaşıb.

Azərbaycan göstərilən dövrdə Rusiyaya 684 min turist səfəri ilə reytinqdə 4-cü yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31