Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Dekabrın 7-də Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Saatlı rayon Mədəniyyət Mərkəzində Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Olaylar.az bildirir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.

2019-cu ilin dekabr ayının 24-də saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhər Heydər Əliyev Mərkəzində (Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 8 ) Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31