Ağcabədidə sağlamlıq imkanları məhdud olan uşaqlar və əlilliyi sakinlər üçün tədbir keçirildi

Ağcabədidə sağlamlıq imkanları məhdud olan uşaqlar və əlilliyi sakinlər üçün tədbir keçirildi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında yaradılmış Ağcabədi icma əsaslı sosial reabilitasiya və günərzi qayğı mərkəzləri Beynəlxalq Əlillər Gününə həsr edilmiş ənənəvi rayon tədbirində iştirak ediblər.

Olaylar.az bildirir ki, Ağcabədi rayon icra hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon şöbəsi ilə birlikdə sağlamlıq imkanları məhdud olan uşaqlar və əlilliyi olan rayon sakinləri üçün maraqlı və rəngarəng tədbir proqramı təşkil etmişlər. Hər il olduğu kimi bu dəfə mərkəzin uşaqları tədbir iştirakçılarına öz şer, rəqs və musiqi nömrələri ilə xoş ovqat bəxş etmişlər.

Bu ilki tədbirdə təkcə Ağcabədi günərzi qayğı mərkəzi deyil həm də 2019-cu ildə fəaliyyətə başlayan icma əsaslı sosial reabilitasiya mərkəzinin uşaqları da iştirak ediblər.

Mərkəzə və mərkəzdən faydalanan uşaqlar, həmçinin ailələrlə göstərdikləri diqqət və qayğı, ən vacibi isə əlillik məsələsinə olan həssaslığa görə bütün uşaqlar və ailələr adından sabiq başçı Şahin Kərim oğlu Məmmədova və yeni təyin edilmiş Rafil İsrafil oğlu Hüseynova təşəkkür ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31