Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb

Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb

Mədəniyyətin səyyar təlim briqadaları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən ölkəmizin mədəniyyət siyasətinin daha aktiv, mobil və əlverişli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.

Olaylar.az bildirir ki, təlimlərin qısa müddətdə daha da səmərəli şəkildə keçirilməsinin təmin edilməsi üçün iki müəssisə birgə çalışıb. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Tovuz rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları tərəfindən növbəti qısamüddətli təlim keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Haciyevin, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın iştirakı ilə keçirilmiş təlim regionun Mədəniyyət evlərində çalışan əməkdaşları üçün təşkil olunub.

Daha sonra təlim dinləyiciləri və iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tovuz rayon Mədəniyyət evlərinin gördüyu işlərdən və gələcək planlardan danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31