Texniki nasazlıq sərnişin qatarlarının hərəkətində problem yaratdı
Texniki nasazlıq sərnişin qatarlarının hərəkərində problem yaratdı
5 Dekabr 2019 11:13 SosialKəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.
Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.
Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31