Nazirlikdən Göyçayda tapılan qazla dolu şar barədə AÇIQLAMA
Nazirlikdən Göyçayda tapılan qazla dolu şar barədə AÇIQLAMA
4 Dekabr 2019 18:28 SosialMüdafiə Nazirliyi Göyçay rayonunda vətəndaşa məxsus həyətdə aşkarlanan qazla dolu şarla bağlı məsələyə münasibət bildirib.
NazirlikdənOlaylar.az-a bildirilib ki, həmin şarın heç bir təhlükəsi yoxdur: "Bəzi yerli elektron KİV-də Göyçay rayonunda evlərdən birinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb.
Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.
Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31