Reanimasiyaya yerləşdirilən Rafael Dadaşovdan xəbər var - Açıqlama
Reanimasiyaya yerləşdirilən Rafael Dadaşovdan xəbər var - Açıqlama
4 Dekabr 2019 17:41 Sosialİki gün öncə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirililən xalq artisti Rafael Dadaşovun səhhəti haqda xəbər var.
Xalq artistinin kürəkəni Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Rafael Dadaşovhazırda reanimasiya şöbəsindədir. Yanına heç kim buraxılmır. Səhhəti dünənki ilə müqayisədə yaxşılaşıb. Ürəyində əməliyyata ehtiyac yoxdur. Müalicəsi davam edir. Reanimasiyadan nə zaman çıxarılacağı dəqiq bilinmir".
Qeyd edək ki, xalq artisti Rafael Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi - infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31