Flora Kərimovadan Afət Fərmanqızına sərt İSMARIC: "Sən hacıları sayırsan..."

Flora Kərimovadan Afət Fərmanqızına sərt İSMARIC: "Sən hacıları sayırsan..."

"Sən öz tanışlarını- bilişlərini, "Hacı" ları sayırsan. Mən nə dedim orada? Dedim ki, sənin hətta həyatda güvəndiyin bir insan da yoxdur ki, o insanın övladını bətnində daşıyıb ona həyat verəsən. Bununla da dedim ki, yəni ki, sən qatilsən. Afət sənin mənə nəsə deməyə bir dilin də var?!"

Bu sözləri Sonxeber.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Bildirək ki, ötən günlərdə müğənni Afət Fərmanqızı ilə xalq artisti arasında Nəsiminin qəzəlinə oxunan mahnı üstündə qalmaqal yaşanıb. Afət Fərmanqızı şəxsi instaqram hesabında xalq artistini təhqir edən ifadələr səsləndirib. Müğənni "Mənə əxlaqsız deyir. Əxlaqsız özünsən. Öl, canımız səndən qurtarsın. Sənə nifrət edirəm" deyərək müğənniyə səslənib.

Flora Kərimova isə cavabında hər şeydən xəbəri olduğunu və onun sözlərindən narahat olmadığını deyib bildirib: 
"Bilirəm, xəbərim var. Mənə bu barədə məlumat veriblər. Bilirsiz, o özü özünü gözdən salır. Mane olmaq istəmirəm. Bəlkə də yüz, bəlkə də min düşmən Afətin özü- özünə etdiyini etməz. Məndən buna reaksiyamı gözləməyin. Mən ona heç vaxt mane olmaram. Nə qədər mənim haqqımda çox desə onda onun özünə, həyatına, mənəviyyatına sual olunacaq".

Flora Kərmova açıqlamasında həmçinin Afət Fərmanqızın qadın kimi, ana kimi ağılsız hesab etdiyini bildirib. Onun fikrincə insan özünü bu dərəcədə biabır etməz: 
"Nəsimini elə oxuyarlar?! Baxın düşmənlərimizə. Bütün gözəl xüsusiyyətlərimizə sahib olub, deyirlər bizimdi. Mən niyə icazə verim ki, sən Nəsimini tapdalayasan?! Mənə deməzlər ki, ay ağbirçək, hara baxırsan? Ay xalq artisti, xalqın adını daşıyan, korsan, görmürsən bunu, niyə dinmirsən? Qorxursan ki, sənə Afət kimilərdən söz gələ? Oğlunun evlənmək yaşında abortdan danışırsan ay Afət? Mən sənə nə deyirəm?! Mən deyirəm eləmə. Musiqimizə sataşdın, namusumuza sataşırsan, Azərbaycanı hansı bir vəziyyətə qoyursan?! Mən bunu deyirəm və hər qadından tələb edirəm".

Flora Kərimova mediadan olan tələblərini də dilə gətirərək vurğulayıb ki, reytinqə görə belə xəbərlərə icazə verməyin. Çünki, bu sözlərin arxasında media da biabır olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31