AAYDA rəhbərliyi vətəndaşları qəbul edəcək
AAYDA rəhbərliyi vətəndaşları qəbul edəcək
4 Dekabr 2019 15:08 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev dekabr ayının 13-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, qəbul Mingəçevir şəhərində saat 11:00-da Heydər Əliyev mərkəzində keçirəcək. Qəbulda yalnız Mingəçevir şəhərinin sakinləri iştirak edə bilərlər.Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Qəbula yazılmaq istəyənlər müvafiq rayonun Yol İstismarı MMC-də əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31