BNA sərnişinlər arasında sorğu keçirib
BNA sərnişinlər arasında sorğu keçirib
4 Dekabr 2019 13:58 SosialVətəndaş məmnunluğunu öyrənmək məqsədi ilə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib. "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, "Nəqliyyat Agentləri" könüllülərinin iştirakı ilə keçirilən sorğuda rəyi öyrənilən 50 nəfər sərnişinin tam əksəriyyəti mərkəzdə yaradılan şəraitdən razı qaldıqlarını bildirib. Sərnişinlər "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulmasının dövlətin son illər şəhər nəqliyyatının inkişafına ayırdığı xüsusi diqqətin təzahürü kimi dəyərləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31