Məşhurlar Beynəlxalq Əlillər günündə konsert verdilər

Məşhurlar Beynəlxalq Əlillər günündə konsert verdilər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbirin aparıcısı Lalə Əlimuxtarova Beynəlxalq Əlillər gününün tarixindən danışaraq bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərmək cəmiyyətimizin hər bir üzvünün borcudur.

Daha sonra Əməkdar artistlər Elza Seyidcahan və Səbinə İlyasova, tanınmış müğənnilər Aynur Dadaşova, Dana Durdana, Roza Zərgərli, Tərlan Novxanı, Tuncay, Orxan Əlizadənin və rəqqasə Fatimənin ifaları onlarda xoş anlar yaşadıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31