Çin iqtisadiyyatına dair seminar keçirilib
Çin iqtisadiyyatına dair seminar keçirilib
4 Dekabr 2019 11:55 SosialAzərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ÇXR-in təhsilinin 70 illiyinə həsr olunmuş "Çinin iqtisadi inkişafı və beynəlxalq təhlükəsizlik" adlı elmi-tələbə seminarı keçirilib.
Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurlu inkişafından danışaraq bildirdi ki, "bir kəmər, bir yol" proqramının həyata keçirilməsində Azərbaycanın iştirakının fəallaşması, ilk növbədə, Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfəri ilə bağlıdır.
Seminarda çıxış edən Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin doktorantı Pərviz İsgəndərzadə mühüm beynəlxalq əhəmiyyət kəsb edən və dünyaya Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı istiqamətində müasirləşdirilməsi, ölkənin dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çevrilməsi siyasətindən danışıb.